“iPhone XS” və “iPhone 9”un qiyməti açıqlanıb

iphone-xs-ve-iphone-9un-qiymeti-aciqlanib
Oxunma sayı: 13311

Sentyabrın 12-də təqdimata hazırlaşan “iPhone XS”, “iPhone XS Max” və “iPhone 9”un qiymətləri məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Macerkorf” saytı “Apple”dakı mənbəsinə istinadən məlumat yayıb. 

Alman portalının yazdığına görə, “İPhone 9”un (dəqiq adı hələ bilinmir) minimum qiyməti 799 avro, “iPhone XS” 909, “iPhone XS Plus” isə 1149 avrodur. 

Nəşr qeyd edir ki, bu qiymətə olacaq baza modellərinin yaddaş həcmi 64 QB-dır. İstifadəçilər 256 QB-lıq yaddaş üçün əlavə 170 avro ödəməli olacaqlar.

“Apple”ın  512 QB yaddaşa sahib olacaq modelini təqdim edəcəyi gözlənilsə də, onun məbləği açıqlanmır.