“iPhone”ların qiyməti ucuzlaşacaq

iphonelarin-qiymeti-ucuzlasacaq
Oxunma sayı: 1852

“Apple” şirkətinin ötən payızda yeni “iPhone” modellərinin satışlarını reallaşdırmasına baxmayaraq, şirkətin bu ilki maliyyə hesabatları heç də ürəkaçan olmayıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, yeni “iPhone” modellərinin satışları 15% aşağı düşüb.

Bu barədə şirkətin CEO-su Tim Kuk bildirib ki, şirkət öz məhsullarının pərakəndə satış qiymətlərinə yenidən nəzər yetirəcək. Onun sözlərinə görə, satışların aşağı düşməsinin əsas səbəbi bir sıra regionların stabil iqtisadiyyata sahib olmamalarıdır:

“Dollarla avro məzənnələrinin dəyişməsi flaqman smartfonların rəqabətçil ola bilməmələrinə gətirib çıxardı. Buna görə də şirkət xarici bazarlarda öz qiymət siyasətini dəyişdirmək niyyətindədir. Yanvarda biz bəzi bazarların makroiqtisadiyyatlarını qiymətləndirdik və smartfon satışlarını qaldırmaq üçün daha lokal qiymət göstəricilərinə qayıtmağı qərara aldıq.

Şirkət rəhbəri qiymət siyasətinin hansı ölkələrdə dəyişəcəyi barəsində məlumat verməyib.