İpoteka faizləri aşağı salındı

İpoteka faizləri aşağı salındı
Oxunma sayı: 990

İpoteka krediti əsasında öz evinə sahib olmaq artıq daha asandır. Çünki, Expressbank şəxsi mənzil arzusunda olan hər kəs üçün Azərbaycan İpoteka Fondunun dəstəyi ilə ayrılmış ipoteka kreditlərinin verilməsi şərtlərini daha da asanlaşdırdı.

"Qafqazinfo" xəbər verir ki, artıq yeni mənzilin alınması üçün kredit məbləği daha çox - 150000 AZN-dək artırıldı , illik faiz dərəcəsi isə daha az - 7%-ə endirildi!

Belə əlverişli şərtlə ipoteka krediti aksiya çərçivəsində yalnız dekabrın 30-dək ayrıla bilər.

Xatırladaq ki, ipoteka kreditləri milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla, 3 ildən 25 ilədək müddətə, ilkin ödəniş 20-25% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur.

Online müraciət üçün linkdən istifadə etmək olar.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi