İpoteka ilə bağlı müzakirə aparılıb

İpoteka ilə bağlı müzakirə aparılıb
Oxunma sayı: 582

"Azərbaycan Banklar Assosiasiyası"nda (ABA) ipoteka sistemi ilə bağlı son yeniliklər və problemlər müzakirə olunub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu məqsədlə "İpoteka krediti proqramının inkişafı üzrə Ekspert Qrupu"nun növbəti iclası keçirilib. İclasda ipoteka sistemindəki problemlər, banklara girov qoyulmuş daşınmaz əmlakın sökülməsi ilə əlaqədar banklar üçün məlumatlandırma mexanizminin hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, "Azericard" MMC ABA-nın üzvüdür.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi