İQ-sü çox yüksək olan sənətçilər - Siyahı

iq-su-cox-yuksek-olan-senetciler
Oxunma sayı: 1514

Bəzi aktyorları və sənətçiləri digər həmkarlarından fərqləndirən cəhətləri bacarıqları ilə yanaşı, həm də intellekt əmsallarıdır.

“Qafqazinfo” xəbər verir ki, aktyorluq heç şübhəsiz bacarıq tələb edir.

Buna görə də bir çoxları bacarığını inkişaf etdirmək üçün çox çalışır. Bəzi aktyor və müğənnilərdə isə bu bacarıq olduqca yüksəkdir.

“Urbantabloid” nəşri İQ müxtəlif testlər əsasında aparılmış nəticələrə əsasən aşağıda adları qeyd edilən aktyor və sənətçilərin intellekt əmsallarını açıqlayıb.

Qeyd edək ki, normal insanlarda İQ səviyyəsi 91-110 arası hesab edilir. 70-dən az olanlar isə əqli cəhətdən qüsurlu sayılırlar.

Həmin siyahını təqdim edirik:

Natali Portman - 140

Şakira - 140

Şeron Stoun - 154

Madonna - 140

Eşton Kutçer - 160

Ceyms Franko - 130

Konan O'Brayn - 160

Liza Kudrou – 154

Mett Deymon - 160

Devid Duxovni - 147

Mayim Bialik - 150-163

Codi Foster - 132

Kventin Tarantino - 160

Stiv Martin - 142

Ceyms Vud - 180-184