İqbal Ağazadə ona 165 min “atan” şəxsi bağışladı

İqbal Ağazadə ona 165 min “atan” şəxsi bağışladı
Oxunma sayı: 1074

Bakı Ağır Cinayətlər Məhkəməsində “Ümid” partiyasının sədri, sabiq deputat İqbal Ağazadəyə 165 min manat “atmaqda” ittiham olunan Sərməs Tağıyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə elan olunub ki, İ.Ağazadə onu bağışlayıb.

Məhkəmə kollegiyasının hökmü ilə S.Tağıyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, keçmiş deputat İqbal Ağazadə özünə məxsus olan evlərin sənədlərini qaydasına salmaq üçün S.Tağıyevə 160 min manat verib. S.Tağıyev verdiyi vədə əməl edə bilməyib və daha sonra İ.Ağazadədən aldığı pulu ona geri qaytarıb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi