İqbal Ağazadə Türkiyəyə getdi

iqbal-agazade-turkiyeye-getdi
Oxunma sayı: 654

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “TÜRKPA-ya üzv olan dövlətlərin milli parlamentlərinin və parlamentarilərin konstitusiya sistemində funksiyası, vəzifəsi və rolu” mövzusu müzakirə olunacaq. İclasda, quruma üzv dövlətlərin parlamentlərinin hüquq sahəsində qanunvericilik bazasının inkişafı və bu sahədə təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunulacaq, həmçinin quruma üzv ölkələr arasında daha sıx əlaqələrin yaradılması, əməkdaşlığın inkişafına mane ola biləcək hüquqi prosedur qaydaların aradan qaldırılması məsələləri müzakirə olunacaq.

Bundan başqa Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin müxtəlif partiyalarda və siyasət adamları ilə ikitərəfli görüşləri gözlənilir.