İqnasio “Neftçi”dən getdi

iqnasio-neftciden-getdi
Oxunma sayı: 980

"Neftçi”ni tərk edəcək daha bir futbolçunun adına aydınlıq gəlib. "Qafqazinfo" xəbər verir ki, İqnasio Herrera paytaxt klubunu tərk edib.

Bu barədə çilili futbolçu “İnstaqram” səhifəsində paylaşım edib.

Xatırladaq ki, Herrera “Neftçi”də 2017-ci ilin yanvar ayından çıxış edirdi. 31 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"da ölkə kubokunu da nəzərə alsaq (7 oyun) 48 matç keçirib və 12 qol vurub. Bunun 8-ni son mövsümdə gerçəkləşdirən İqnasio bununla da komandasının bombardiri olub.