İqtisad Universitetindəki yoxlama ilə bağlı - Rəsmi açıqlama

iqtisad-universitetindeki-yoxlama-ile-bagli
Oxunma sayı: 2377

Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı başladılan cinayət işinin istintaqı davam etdirilir.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri Kamran Əliyev deyib. O bildirib ki, Hesablama Palatası tərəfindən universitetdə yoxlama aparılıb:

"Material bizə göndərilib və cinayət işi başlanıb. Orada çox dərin formada sənədlərin yoxlanılması, ekspertizaların təyin edilməsi işləri aparılır. Buna görə də indi istintaqın nəticəsi ilə bağlı bir söz deyə bilmərəm".

Qeyd edək ki, universitetin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Murad Əhməd