İqtisadi böhran Pasxa bayramına mane oldu

iqtisadi-bohran-pasxa-bayramina-mane-oldu
Oxunma sayı: 649

Yunanıstan yol polisinin məlumatına əsasən, Pasxa bayramı ilə əlaqədar şəhərlərdən adalara üz tutan maşınların sayı keçən illə müqayisədə 2 dəfə azalıb. Statistik məlumata görə, keçən il Pasxa bayramı ilə əlaqədar şəhərlərdən adalara üz tutan yunanların sayı 1 milyon 300 min nəfər idisə, bu il onların sayı heç 700 min nəfər də olmayıb.

Gəlirlərin aşağı düşməsi, işsizliyin artması və yanacağın qiymətinin artması yunanları tətillərini təxirə salmaq məcburiyyətində qoyub.

AzərTAC