“İqtisadi islahatlar başlamalıdır” - Acemoğlunun Yerevana gedişinə şərh

iqtisadi-islahatlar-baslamalidir
Oxunma sayı: 1627

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Amerikada yaşayan məşhur türkiyəli iqtisadçı Daron Acemoğlunu ölkənin iqtisadiyyatını dirçəltmək üçün Yerevana dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, politoloq Şahin Cəfərli Paşinyanın bu addımmını “təhlükəli” adlandırıb:

“Diqqətimi çəkən və narahatlığıma səbəb olan budur ki, Paşinyan dünya şöhrətli iqtisadçı Daron Acemoğlunu Ermənistana dəvət edib. Daron Acemoğlu Türkiyədə doğulmuş və Galatasaray litseyini bitirmiş ermənidir. Hazırda ABŞ-da dünyanın ən məşhur universitetlərindən olan MIT-nin professorudur. Acemoğlu kifayət qədər mötədil mövqeli insandır, onun Türkiyəyə və Azərbaycana qarşı hər hansı radikal fikrinə rast gəlməmişəm. Türkiyəyə tez-tez gedir, konfranslarda iştirak edir, hökumətə tövsiyələr verir. (Təbii ki, nəzərə alan yoxdur.)
Paşinyan bildirib ki, Acemoğlu onun təklifini müsbət qarşılayıb və Ermənistanın iqtisadi inkişafına kömək edəcəyini deyib.

Əgər Paşinyan erməni diasporunun gücünü və intellektual potensialını Ermənistanın inkişafına yönəldə bilsə, ciddi uğurlara nail olacaq. Azərbaycan hökuməti bu amili nəzərə alıb, istər demokratik, istərsə də iqtisadi islahatlar istiqamətində lazımi addımları nəhayət ki, atmalıdır”.