İqtisadiyyat Nazirliyində Heydər Əliyevin ildönümü ilə əlaqədar tədbir keçirilib

iqtisadiyyat-nazirliyinde-heyder-eliyevin-ildonumu-ile-elaqedar-tedbir-kecirilib
Oxunma sayı: 1174

İqtisadiyyat Nazirliyi tərəfindən Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, ilk öncə İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin Hökumət Evinin foyesindəki büstünün önünə gül dəstələri qoyub, 95-ci ildönümünə həsr olunmuş foto-sərgi ilə tanış olub. Sonra onun həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. 

Sonda İqtisadiyyat Nazirliyinin Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlarına partiya vəsiqələri təqdim olunub. Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyinin fəal əməkdaşlarına YAP-nın Səbail rayon təşkilatının Fəxri Fərmanı təqdim edilib.