İqtisadiyyat Nazirliyində Heydər Əliyevin xatirəsi anıldı - Foto

iqtisadiyyat-nazirliyinde-heyder-eliyevin-xatiresi-anildi
Oxunma sayı: 1242

İqtisadiyyat Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ümummilli liderin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, dahi şəxsiyyətin dövlətçiliyin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Sonra İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı and içərək daimi dövlət qulluğuna qəbul olunub. Tədbir çərçivəsində nazirliyin Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlarına partiya vəsiqələri təqdim olunub.

Tədbirin sonunda H.Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı İqtisadiyyat Nazirliyinin orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında keçirdiyi elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb, qalibləri mükafatlandırılıblar.