“İqtisadiyyatı güclü olan Türkiyə bizim də xeyrimizədir” - Merkel

iqtisadiyyati-guclu-olan-turkiye-bizim-de-xeyrimizedir
Oxunma sayı: 2277

Almaniyanın baş naziri Angela Merkel də Türkiyəyə dəstək olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, kansler ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsindən və lirənin ucuzlaşmasından narahatlığını dilə gətirib. Mətbuat konfransında danışan Merkel yaxın zamanda prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini və bu mövzunu müzakirə edəcəklərini bildirib:

“Almaniya iqtisadi cəhətdən inkişaf edən Türkiyə istəyir. Bu, bizim də xeyrimizədir”.