İquayn “Çelsi”də - Fotolar

iquayn-celside
Oxunma sayı: 1509

“Çelsi” “Yuventus”un argentinalı hücumçusu Qonsalo İquaynı icarəyə götürüb.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı futbolçu mövsümün sonuna qədər “zadəganlar”ın formasını geyinəcək.

“Çelsi”nin 6 ay üçün “Yuventus”a 9 milyon avro ödədiyi bildirilir. Əgər İngiltərə təmsilçisi mövsümün sonunda İquaynı birdəfəlik heyətinə qatmaq istəsə, “Yuventus”a 36 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, argentinalı forvard mövsümün ilk yarısını icarə əsasında “Milan”da keçirib.