İquayn “Milan”da

iquayn-milanda
Oxunma sayı: 4010

“Yuventus"un futbolçusu Qonzalo İquayn “Milan”a keçib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu 18 milyon avro qarşılığında 1 illik icarəyə verilib.

Həmçinin, “Milan” ötən mövsüm 42 milyon avroya “Yuventus”dan transfer etdiyi müdafiəçi Leonardo Bonuççini də İquayn transferi ilə bağlı geri göndərib.

“Milan” növbəti mövsüm İquaynı birdəfəlik heyətinə qatmaq istəsə, 36 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, argentinalı hücumçu 2 il öncə 90 milyon avro qarşılığında “Napoli”dən “Yuventus”a keçmişdi.