İradə Gülməmmədova növbəti dəfə sakinlərlə görüşdü - Foto

irade-gulmemmedova-novbeti-defe-sakinlerle-gorusdu
Oxunma sayı: 1438

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Çeyranbatan qəsəbə sakinləriylə növbəti dəfə səyyar qəbul-görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Ceyranbatan qəsəbəsinin Abşeronun ən böyük qəsəbələrindən biri olduğunu vurğulayan İ.Gülməmmədova rayonun bütün ərzisinda olduğu kimi, burada da abadlıq-quruculuq işlərinin aparıldığını bildirib. Keçirilən qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin ötən müddət ərzində həll olunduğunu vurğulayan başçı bundan sonra da rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə mütəmadi olaraq görüşlərin keçiriləcəyini bildirib.

Sonra qəsəbə bələdiyyəsinin sədri Cavanşir Zeynalov görülən işlər barəsində hesabat xarakterli çıxış edib.

Daha sonra qəsəbə sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən qaldırılan problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Ötən görüşlərdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu bildiriblər. Sakinlər qəsəbədə yeni salınan məhəllələrə kommunikasiya xəttlərinin çəkilməsində, qəsəbədaxili yolların abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.