İradə Gülməmmədova Qobu sakinləri ilə görüşdü - Foto

irade-gulmemmedova-qobu-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1714

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Qobu qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Qobu Mədəniyyət Evində baş tutan görüşdə rayonun hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, RİH başçısı İ.Gülməmmədova son illərdə rayonda və Qobu qəsəbəsində görülən işlərdən danışıb. Qəsəbədə yeni salınan yaşayış massivlərinin kommunal xidmətlərlə təmin edildiyini vurğulayan başçı yeni massivlərin mavi yanacaqla təmin olunması istiqamətində də ciddi addımların atıldığını qeyd edib.

Abşeron RİH başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Daşdıyev, Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı yeni salınan yaşayış massivlərinə telefon xəttinin çəkilməsində, qəsəbədə parkın salınmasında və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.