İradə Gülməmmədova sinif otaqlarını gəzdi

irade-gulmemmedova-sinif-otaqlarini-gezdi
Oxunma sayı: 1805

Abşeron rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Masazır kənd 5 nömrəli tam orta məktəbdə keçirilən bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, rayon ictimaiyyətinin nümayəndələri, valideynlər, məktəbin müəllim və şagird heyəti iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra işə yeni qəbul olan müəllimlər "Müəllim Andı" içiblər.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Səlim Məmmədov  qeyd edib ki, 2019-2020-ci tədris ilində məktəbəqədər qrupuların sayı 4 sinif, 96 şagird,1-ci sinifə qəbul üzrə qrupuların sayı isə 6 sinif , 172 şagird olub. Məktəbin ilk məzun buraxılışı isə 2020-ci ildə 24 şagirdlə olacaq.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək Bilik Günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Abşeronda təhsilin gəstəricilərinin günü-gündən yaxşılaşdığını vurğulayan başçı qeyd edib ki, dövlətin siyasətində təhsilin inkişafı önəmli yer tutur. 

Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri səslənib, rəqslər nümayiş olunub. İlk zəng çalındıqdan sonra İradə Gülməmmədova sinif otaqlarında olub, birincilərlə səmimi söhbətlər edib.