İradə İbrahimovadan danışacaqlar

irade-ibrahimovadan-danisacaqlar
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, verilişin bu dəfəki qonağı azərbaycanlı İradə İbrahimovadır. Onun haqqında Türkiyədə birgə çalışdığı məhşurlar Ozan Çolakoğlu və Murad Dalkılıc danışıblar. Xatırladaq ki, İradə xanımın hazırda Türkiyədə hazırlanan mahınlarının aranjemanı O.Çolaqoğluna məxsusdur. Murad Dalkılıc isə sənətçimizin oxuyacağı yeni mahnısının müəllifidir.

Onlar “Məhşurlar bizimlə”yə İradə İbrahimova ilə əməkdaşlığından, onunla nəzərdə tutulan yaradıcılıq işlərindən danışıblar. İradə İbrahimova da ən son xəbərlərini bölüşüb. Xatırladaq ki, veriliş bu gün saat 19:00-da ANS telekanalından yayımlanacaq.