İran 1339 məhsulun idxalına qadağa qoydu - “Özümüz də hazırlaya bilərik”

iran-1339-mehsulun-idxalina-qadaga-qoydu
Oxunma sayı: 1580

İran Sənaye və Ticarət Nazirliyi ölkəyə idxal edilən 1339 adda məhsula qadağa qoyub.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, bu barədə nazir Məhəmməd Şəriətmədari məlumat verib.

O, həmin məhsulların ölkə daxilində də istehsal edilə biləcəyini söyləyib. Bu qərarın ABŞ-ın sanksiyalarına qarşı İranın dayanıqlı iqtisadi inkişafını təmin etmək məqsədilə verildiyi bildirilib.

İdxalı qadağan edilənlər arasında soyuducu, paltaryuyan, qabyuyan, ayaqqabı, dəri məhsulları, mebel, səhiyyə ləvazimatları, parça və digər fabrik məhsulları daxildir.