İran ABŞ-a qarşı hərəkətə keçdi

iran-abs-a-qarsi-herekete-kecdi
Oxunma sayı: 1635

İran Məclisi (parlament) ABŞ-a qarşı sanksiyalar haqqında qanunu qəbul edib.

“Qafqazinfo”nun “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd rəsmi Vaşinqtonun Tehrana qarşı məhdudlaşdırıcı tədbirlərinə cavab olaraq qəbul olunub.

Həmçinin, yeni qanun Amerikanın İrana qarşı “düşmən sui-qəsdi” ilə mübarizə üçün hərtərəfli planın bir hissəsidir.

Qeyd edək ki, ABŞ-ın daha öncə İrana təbiq etdiyi sanksiya çərçivəsində bu ölkə ilə əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan) verdiyi 180 günlük güzəşt müddəti 2 mayda bitəcək. Prezident Donald Tramp ötən gün bu müddəti uzatmayacağını açıqlayıb.