İran Amerikanın təyyarəsini vurdu

iran-amerikanin-teyyaresini-vurdu
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əli Ağazade Dafsari, ABŞ-a aid pilotsuz casus təyyarəsinin Qum şəhəri üzərində İnqilab Gözətçiləri tərəfindən vurulduğunu bildirib. Onun sözlərinə görə, casus təyyarəsi İranın nüvə enerji təsisləri barədə məlumat toplamaq niyyətində olub. Dafsari Qum şəhərində vurulan təyyarənin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə aid olduğunu ifadə edib. O, həmçinin bu cür casus təyyarələrinin İranın hava sahəsində dəfələrlə qeydə alındığını və onların qarşısını aldıqlarını əlavə edib.

Səidə Teyyubqızı