Iran Avropa Birliyi ilə əlaqələrə yenidən baxacaq

iran-avropa-birliyi-ile-elaqelere-yeniden-baxacaq
Oxunma sayı: 642

Noyabrın 21-də Böyük Britaniya İran Mərkəzi Bankına sanksiya qoyub. Həmin gün ABŞ prezidenti Barak Obama fərman imzalayaraq İranın bank sisteminə, neft-qaz və neft-kimya sənayesinə sanksiyaları şiddətləndirib.

“Media forum” saytının məlumatına görə, Əli Laricani deyib ki, İran hökuməti Avropa Birliyinin təzyiqlərini cavabsız qoymayacaq: “Avropa Birliyi elə təsəvvür etməsin ki, İrana qarşı bu rəftar və tədbirləri cavabsız qalacaq. İran parlamenti bizimlə belə rəftar edən ölkələrlə münasibətləri müzakirəyə çıxararaq Avropa Birliyi ilə əlaqələrə yenidən baxacaq.

Bizə göstərilən bu təzyiqlərin əsas mənşəyi bölgədə baş verən dəyişikliklərdir. Bölgədə Qərbin amili olan diktatorlar bir-birinin ardınca devrilir. Bundan narahat olan Böyük Britaniya və ABŞ isə bizimlə münasibətdə inadkarlıq edirlər”.