İran Azərbaycanın dollardan imtina etməsini istəyir

iran-azerbaycanin-dollardan-imtina-etmesini-isteyir
Oxunma sayı: 2038

İran bir sıra ölkələrlə ikitərəfli maliyyə sazişlərinin bağlanmasını müzakirə edir.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Cavad Zərif bildirib:

“Biz Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər dövlətlərlə maliyyə sazişləri ilə bağlı danışıqlar aparırıq. Onlardan bir neçəsi ilə saziş artıq bağlanıb, digərləri ilə bağlanmaq üzrədir”.

Qeyd edək ki, bu saziş ticarət əməliyyatlarında ABŞ dollarından imtinanı nəzərdə tutur.