İran bayrağı pivə şüşəsində - - qalmaqal + foto

iran-bayragi-pive-susesinde-
Oxunma sayı: 2839


Braziliyada keçirilən dünya çempionatına qatılan 32 ölkənin bayraqları pivə və digər alkoqollu içkilərin şüşələrində, eləcə də qadınların geyindiyi paltarlara həkk edilərək yayılıb.

“Qafqazinfo”nun “Media forum” saytına istinadən verdiyi xəbərə görə, Həmid Rəsayi deyib ki, bu hadisədə ölkənin futbol federasiyasının rəsmiləri məsuliyyət daşıyır: “Bu, İran İslam Respublikasının bayrağına hörmətsizlikdir. Şərab və digər alkoqollu içkilərin şüşələrindən başqa İran bayrağını həm də yarıçılpaq qadınların şalvarlarına da həkk ediblər. Sözsüz ki, bu, FİFA-nın qərarı və proqramına əsasən olub. Lakin İran Futbol Federasiyasının rəhbərləri öz vəzifələrini əvvəlcədən düzgün yerinə yetirsəydilər, ölkə bayrağına olan bu kimi hörmətsizliklərin qarşısını almaq mümkün olardı”.