İran bizə nota verdi

iran-bize-nota-verdi
Oxunma sayı: 641

“Qafqazinfo”nun İran saytlarına istinadən verdiyi xəbərə görə, səfirə Azərbaycan-İran sərhədində baş verən insidentlə bağlı etiraz notası təqdim edilib. Notada qeyd olunub ki, Azərbaycan hərbçilərinin davranışları beynəlxalq qanunların pozulması kimi dəyərləndirilir, ikitərəfli razılaşdırılmış və qonşuluq əlaqələrinə zərbə vurur. İran tərəfi baş verən hadisədə günahkar olanların cəzalandırılmasını tələb edib.
Azərbaycan səfiri insidentlə bağlı təəssüfünü ifadə edərək notanı ölkənin rəsmi strukturlarına təqdim edəcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan sərhədində azaraq sərhədi keçən iranlı əsgəri sərhədçilər tərəfindən öldürülmüşdü.


Səidə