İran Britaniyanın neft tankerini saxladı

İran Britaniyanın neft tankerini saxladı
Oxunma sayı: 1182

İran Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.

Bildirilir ki, tanker lazımi yoxlamalardan keçmək üçün sahilə çəkilib.

Məsələ ilə bağlı açıqlama verən Britaniya Krallığının Xarici İşlər naziri Ceremi Hant durumdan narahat olduğunu bildirib. O, İran Fars körfəzində Britaniya və Liberiya bayrağı ilə üzən gəmilərin saxlanıldığını qeyd edib. Ceremi Hant gəmilərin sərbəst buraxılması üçün fövqəladə komitənin iclasında iştirak edəcəyini söyləyib


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi