İran bu müğənnini deportasiya etdi

iran-bu-mugennini-deportasiya-etdi
Oxunma sayı: 2262

İngiltərənin məşhur R&B ifaçısı Coss Stoun İrana buraxılmayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib. Sənətçi bildirib ki, istirahət üçün Basra körfəzində yerləşən Qış adasına getmək istəyib. Lakin hava limanında onun ölkəyə girişinə icazə verməyiblər. 

“Ölkədə qadağa olduğu üçün xalq konsertləri keçirilmir və biz bunun fərqindəyik. Şəxsən bir ölkənin həbsxanasında qalmağa həsəd aparmıram, nə də ki, getdiyim ölkənin siyasətini dəyişdirmək fikrindəyəm. İnsanları təhlükəyə də atmaq istəmirəm. Rəsmi şəxsləri inandıra bilmədik ki, biz konsertə yox, istirahətə gəlmişik. Qaçqınlar mərkəzində gedəndə bildik ki, ölkə məni qara siyahıya atıb”, - deyə Coss bildirib. 

Müğənni paylaşdığı videoda saxlanılaraq bir gün polis şöbəsində qaldığını, daha sonra İrandan deportasiya edildiyini vurğulayıb.