İran da “Teleqram”ı bağladı

iran-da-teleqrami-bagladi
Oxunma sayı: 1601

İranda ən məşhur sosial şəbəkə olan “Teleqram”ın fəaliyyəti məhdudlaşdırılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran Kiber Dünya Ali Şurasının təlimatı ilə “Teleqram”ın “məzmun çatdırılma şəbəkəsi”nin (CDN) fəaliyyəti dayandırılıb.

Hazırda sosial şəbəkənin fəaliyyəti məhdudiyyətlərlə davam edir. Təlimat tam icra edildikdən sonra məlumat mübadiləsi tamamilə mümkün olmayacaq.

İran prezidenti Həsən Ruhaninin müşaviri Hüsaməddin Aşina Tvitterdəki hesabında bildirib ki, “Teleqram” verdiyi sözlərə əməl etmədiyi üçün bu addım atılıb.

Xatırladaq ki, ötən həftə İranda dövlət qurumlarında “Teleqram”ın istifadəsinə qadağa qoyulmuşdu. Bu qərardan sonra 1 həftə ərzində 12 milyon iranlı istifadəçi “Soroush” başda olmaqla yerli sosial şəbəkələrə üzv olub.

Qeyd edək ki, 16 apreldə Rusiya ərazisində də “Teleqram”ın fəaliyyəti dayandırılmışdı.