İran “dollar”ı blok edib

iran-dollari-blok-edib-
Oxunma sayı: 645

Bunu İranda çıxan “Şərq” qəzeti və digər media orqanları yazırlar. Frans Press Agentliyi bu məlumatları özünün Tehrandakı müxbirinin köməyi ilə dəqiqləşdirmək istəyib.

Frans Pressin müxbiri də daxil, Tehrandakı xarici müxbirlər görüblər ki, doğrudan da SMS-də fars dilində “dollar” yazan kimi SMS blok olunub. Ancaq Franss Press onu da yoxlayıb ki, "avro" yazanda SMS blok olunmur.

Yaranan vəziyyəti keçən şənbə günü Amerikanın İranın maliyyə sisteminə yeni sanksiyalar tətbiq etməyi ilə İran rialının məzənnəsinin dollara nisbətdə son 20 ildə ən aşağı həddə düşməsi ilə izah edirlər.

Açıq bazarda 1 ABŞ dolları 18 min riala satılır. Rəsmi məzənnə isə 11 min 500 ətrafındadır.
İranın mobil telefon operatorları “dollar” sözünün blok olunması xəbərlərini təkzib edirlər.
MCİ və İrancell bildiriblər ki, onlar “dollar” sözünə filter qoymayıblar.

Ancaq İranda dəqiqəbədəqiqə valyuta məzənnələrini verən Mesghal.ir saytı rialın məzənnəsi dağılan kimi bağlandı.

Yarı-rəsmi İSNA agentliyinin fikrincə, Mesghal.ir saytının bağlanmağı Tehranda pul dəyişmə məntəqləri qabağında növbələri yalnız çoxaldır.

Azadlıq Radiosu