İran əfqan tələbələrin təhslinə qadağa qoydu

iran-efqan-telebelerin-tehsline-qadaga-qoydu
Oxunma sayı: 641

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, İranda təhsil alan əfqan tələbələrin bəzi universitetlərə və fakültələrə daxil oması qadağan edilib. İranın Milli Təhsil Komitəsindən ölkədə yaşayan əfqanların atom fizikası, nüvə mühəndisliyi, hərbi hava qüvvələri, kimya və hərbi sahələr üzrə təhsil almasının qadağan edildiyi bildirilib.

Qurum rəsmiləri sözügedən qərarın islam respublikasının “Məşğulluq öhdəlikləri” qanunu çərçivəsində qəbul edildiyini qeyd ediblər. Yarı-rəsmi “Mehr” agentliyinin məlumatına görə, əfqanıstanlı tələbələr bundan sonra ancaq yaşadıqları şəhərlərdəki universitetlərdə təhsil ala biləcəklər.

İranda məskunlaşan əfqanlar və bir çox iranlı isə hökumətin son qərarına kəskin etirazlarını bildiriblər. Əsasən sosial şəbəkələrdə etiraz kampaniyası keçirən əfqanlar və iranlılar hökumətin qərarını irqi ayrı-seçkilik zəminində atılmş addım kimi xarakterizə ediblər.

Xatırladaq ki, bu ilin martında ölkədə Novruz bayramı münasibətilə şənliklər keçirildiyi zaman əfqanların sözügedən tədbirlərin keçirildiyi parklara girişi qadağan edilmişdi.