İran erməniləri İsfahan şəhərində etiraz aksiyası keçirib

iran-ermenileri-isfahan-seherinde-etiraz-aksiyasi-kecirib
Oxunma sayı: 1912


Mənbələrimizin verdiyi məlumata görə aksiyaçılar Suriyada Türk ordusu tərəfindən ermənilərin qətlə yetirildiyi iddia ediblər.

İsfəhanda yerləşən erməni icması tərəfindən təşkil olunan və İranın rəsmi orqanları tərəfindən icazə verilən aksiyanın davamı olaraq bu gün Tehranda yaşayan ermənilər eyni məzmunlu aksiyanı BMT-in Tehran nümayəndəliyinin qarşısında keçirəcəkləri bildirilib.

Xatırladaq ki, hər il İranda yaşayan ermənilər 24 aprel tarixini qondarma erməni soyqırımı günü kimi qeyd edərək, Tehranda Türkiyə səfirliyi qarşısına toplaşaraq, bu ölkənin əleyhinə təhqiredici şuarlar səslənirir və Türkiyənin dövlət bayrağını yandırırlar. Bu il də İran ermənilərin 24 aprel tarixində Türkiyə səfirliyi qarşısında icazəli aksiya keçirəcəkləri gözlənir.