İran Ermənistana Rusiyadan daha ucuz qaz təklif edib ?

iran-ermenistana-rusiyadan-daha-ucuz-qaz-teklif-edib-
Oxunma sayı: 1030

Ermənistan İrandan ucuz qiymətə qaz idxal etməsi xəbərlərinə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Enerji infrastrukturu və Təbii Sərvətlər nazirinin mətbuat katibi Vasak Tarpoşyan danışıb. Onun sözlərinə görə,  Ermənistan İrandan Rusiya ilə müqayisədə daha aşağı qiymətə mavi yanacaq  tədarükü ilə bağlı rəsmi təklif almayıb. Nazir bildirib ki, ölkəsi istənilən ölkədən, o cümlədən İrandan təbii qaz almağa hazırdır:  “Hazırda İran qazının qiyməti Rusiyadan bahadır. Bundan başqa, bu günə qədər hökumət İran tərəfdən rəsmi təklif almayıb”. 

Aysel Kərimova