İran əsilli Tooji Keshtkar Bakı “Eurovision”u haqqında nə düşünür?

iran-esilli-tooji-keshtkar-baki-eurovisionu-haqqinda-ne-dusunur
Oxunma sayı: 643

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, müğənni müsabiqədəki çıxışı ilə bağlı bəzi məqamlara da aydınlıq gətirmişdir. Həm Şərq, həm də Qərb dəyərlərinin daşıyıcısı olduğunu bildirən Tooji səhnədə öz üslubuna sadiq qalacağını söyləmişdir.

İranda doğulsa da, Norveçdə boya-başa çatan Tooji müsabiqəyə qədər xoreoqrafiya barədə heç nə deməyəcəyini söyləmişdir. Bunu müsabiqəyə qədər sürpriz kimi gizli saxlayacağını deyən müğənni, ümumilikdə isə mahnısının səhnə quruluşunun xarakterik hərəkətlərdən ibarət olacağını bildirmişdir. Tooji "Stay" adlanan müsabiqə mahnısının özünə bağlı olduğunu söyləmişdir. Vurğulamışdır ki, mahnımı çox sevirəm. Çünki mənim kimi həm Şərq, həm də Qərb ritmlərini birləşdirir. Bu cəhətdən onu özümə bənzədirəm.
Tooji Keshtkar musiqi ilə yanaşı, nərd oynamağı da çox sevdiyini vurğulamış və tamaşaçılarına "Rəqs edin, işıq saçın!" deyə müraciət etmişdir.