İran gözəgörünməz təyyarə hazırlayıb

iran-gozegorunmez-teyyare-hazirlayib
Oxunma sayı: 648

Milli.Az "Fars"a istinadən bildirib ki, bunu İranın müdafiə və silahlı qüvvələr naziri Əhməd Vahidi deyib.
Onun sözlərinə görə, yeni qırıcı təyyarə rəqibin hava hücumundan müdafiə sistemləri üçün gözəgörünməz qalacaq.

Yeni qırıcı təyyarə forma baxımından qalxanbalığına bənzədiyindən elə "Qalxanbalığı" da adlanır.
Ə.Vahidinin dediyinə görə, "Qalxanbalığı"nın sınaqlarına ən yaxın vaxtlarda başlanacaq.