İran hökuməti ərzaq ehtiyatı yığır

iran-hokumeti-erzaq-ehtiyati-yigir
Oxunma sayı: 636

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, İran hökuməti dövlət qurumlarına və özəl müəssisələrə başda ət, süd və düyü olmaqla ən çox işlənən 10 qida məhsulunun yığılması barədə göstəriş verib.

Xəbərlərdə rəsmi Tehranın tətbiq edilən embarqodan dolayı ölkənin bir sıra borclarını ödəməyə çətinlik çəkməsi ucbatından qıtlığın yarana biləcəyindən ehtiyatlandığı bildirilib. Sözügedən problemin xüsusilə bir sıra Avropa ölkələrinə neft satışının dayandırılmasından sonra özünü büruzə verməyə başladığı da xəbərlərdə öz əksin tapıb.

Siyasi müşahidəçilər İranın qida ehtiyatı yığmağa başlamasını rəsmi Tehranın Qərblə apardığı nüvə müzakirələrində istənilən nəticəni əldə etməyəcəyi təqdirdə ölkəyə tətbiq olunacaq sanksiyaların mütəmadi xarakter almasından və ərzaq qıtlığın yaranacağından ehtiyatlanması ilə əlaqələndiriblər.

Məlumat üçün deyək ki, İran ilə “5+1” ölkələri arasında nüvə müzakirələrinin növbəti mərhələsi İraqın paytaxtı Bağdadda keçiriləcək.