İran Hörmüz boğazını bağlayacaq - Ruhanidən son xəbərdarlıq

iran-hormuz-bogazini-baglayacaq
Oxunma sayı: 2026

İran prezidenti Həsən Ruhani Oman və Fars körfəzlərini birləşdirən Hörmüz boğazını bağlayacaqlarını bildirib.

“Qafqazinfo” “NBC”yə istinadən xəbər verir ki, Ruhani ABŞ-ın sanksiya siyasəti davam edərsə, bu addımı atmaqda qərarlı olduqlarını deyib. O qeyd edib ki, sözləri “xəbərdarlıq” yox, “reallıqdır”:

“Əgər Fars körfəzi ilə hərəkət açıq və təhlükəsiz qalacaqsa, bu, hamı üçün belə olmalıdır”. 

Ruhani əlavə edib ki, ABŞ İran neftinin dünya bazarına çıxarılmasına tamamilə qadağa qoya bilməz.