“İran hücuma şillə ilə cavab verəcək”

iran-hucuma-sille-ile-cavab-verecek
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, bu barədə İranın dini lideri Əli Xameneyinin rəsmi saytındakı bəyanatında belə deyilir. Xameneyi İranın aqressiv dövlət olmadığını və hər hansı dövləti, eyni zamanda xalqı hədələmədiyini deyib. Lakin İrana qarşı hər hansı hücum və təhlükəyə də sərt cavab veriləcəyini bildirib. Dini lider bütün iranlıları, xüsusilə də silahlı qüvvələri yüksək hazırlıqla milli ləyaqəti və ölkənin gücünün artırılması istiqamətindəki səyləri artırmağa çağırıb.

Səidə