İran İdlib əməliyyatına qatılmayacaq

iran-idlib-emeliyyatina-qatilmayacaq
Oxunma sayı: 1945

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Suriyanın İdlib şəhərinə gözlənilən əməliyyatla bağlı açıqlama verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, Suriya hökumət qüvvələrinin genişmiqyaslı əməliyyata start verəcəyi təqdirdə, İranın qoşulmayacağını bildirib:

“İran İdliblə bağlı heç bir əməliyyatda olmaq istəmir. İdlibə görə sərf edilən səylərin əhəmiyyətini nəzərə alaraq nəticə qazanılmasına ümid edirik”.

Qeyd edək ki, sentyabrın 7-də İranın paytaxtı Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin Zirvə görüşündə əməliyyatın dayandırılması barədə razılıq əldə olunmamışdı. Bu gün Rəcəb Tayyib Ərdoğan və Valdimir Putin arasında Soçidə keçirilən görüşdə İdlib əməliyyatı yenidən müzakirə edilib.