İran ilə Cənubi Koreya arasında hədiyyə böhranı

iran-ile-cenubi-koreya-arasinda-hediyye-bohrani
Oxunma sayı: 2143

“Samsung” şirkəti Qış Olimpiya Oyunlarında yarışacaq idmançıların hər birinə və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əməkdaşlarına “Galaxy Note 8 Olimpic Edition” samrtfonu hədiyyə verəcəyini açıqlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, lakin, Şimali Koreya və İran idmançılarına hədiyyə verilməyəcək. Bu da rəsmi Tehranın sərt reaksiyasına səbəb olub.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi mövzuyla bağlı açıqlamasında bildirib ki, “Samsung” şirkəti üzr istəməyəcəyi müddətdə bu məsələnin İran və “Samsung” şirkəti arasındakı ticarət əlaqələrinə ciddi təsiri olacaq.

Məclis İqtisadi Komissiyanın üzvü Əli Əkbər Kərimi isə xalqı “Samsung” məhsullarını boykot etməyə çağırıb.