İran kanalı “Qarabağ”a film həsr etdi - Video

İran kanalı “Qarabağ”a film həsr etdi
Oxunma sayı: 1385

Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” dünya mətbuatının gündəmindədir.
 
“Qafqazinfo” xəbər verir ki, bu dəfə Ağdam klubunun uğuru İran televiziyasında müzakirə edilib.
 
Ölkənin TV-90 idman kanalının "Futbol 120" proqramının son buraxılışı “Qarabağ”a həsr edilib.

Verilişdə "Qarabağ"ın uğurları, tarixi, nəticələri, keçdiyi yol haqqında məlumat verilib.
 
Qeyd olunub ki, “Qarabağ”ın qələbəsi Azərbaycanda təksə idman uğuru kimi qiymətlənidirilmir, komanda həm də vuruşur, öz adı və ölkəsi uğrunda mübarizə aparır. 
 
Filmdə o da bildirilib ki, “Qarabağ”ın məlum zəfərindən sonra bütün dünya mediasının diqqəti “Qarabağ”ın təmsil etdiyi Ağdama, bütovlükdə Qarabağa yönəldi, münaqişə haqda geniş reportajlar hazırlandı.
 
Eyni zamanda, həmkarlarımız Qarabağ probleminə və dünya ictimaiyyətinin bu həqiqətə biganə qalmasına da toxunublar.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi