İran kosmosa 3 peyk buraxır

iran-kosmosa-3-peyk-buraxir
Oxunma sayı: 1463


“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın kosmik agentliyinin rəhbəri Həmid Fazeli bildirib. "Tadbir", "Şərif Sat" və "Fajr" peykləri cari il ərzində kosmosa buraxılacaq", - Fazeli bildirib. O əlavə edib ki, "Tadbir" peyki İranın elm və texnologiya universiteti ilə əməkdaşlıq şəraitində hazırlanır, Şərif Texnologiya universitetinin tələbə və alimləri isə "Şərif Sat"ın hazırlığı ilə məşğuldurlar. "Fajr" peyki ölkənin Müdafiə Nazirliyi tərəfindən yaradılıb", - Fazeli deyib. İran 2009-ci ildə özü tərəfindən müstəqil şəkildə hazırlanmış Omid (Ümid) ilk kosmik peykini buraxıb. İran 1959-cu ildə yaradılan BMT-nin sülh yolu ilə kosmik fəzanın istifadəsi Komitəsinin əsasını qoyan 24 üzvündən biri olub.