İran mətbuatı prezidentin səfərindən yazıb - Foto

iran-metbuati-prezidentin-seferinden-yazib
Oxunma sayı: 1093

Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri yerli elektron kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin samiti, eləcədə Azərbaycan Prezidentinin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi, prezident Həsən Ruhani ilə görüşləri geniş şəkildə işıqlandırılıb.

İranın aparıcı İRNA, Mehrnews, Farsnews, İsna, İlna, Tasnimnews xəbər agentlikləri Azərbaycan Prezidentinin səfərinə geniş yer ayırıblar.

Saytlarda dərc olunan materiallarda qeyd olunub ki, Azərbaycan ilə İran arasındakı münasibətlər inkişaf mərhələsini yaşayır. Hər iki dövlətin başçısı siyasi iradə nümayiş etdirərək bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini möhkəmləndiriblər. Azərbaycan ilə İran qlobal xarakter daşıyan birgə iqtisadi layihələrin həyata keçməsi üçün əməkdaşlıq edirlər.

İranın Press TV, İRİB, İRİNN televiziya kanalları da səfər haqqında geniş material və müsahibələr yayıb.