İran min km məsafəni vura bilən ballistik raketini təqdim etdi

iran-min-km-mesafeni-vura-bilen-ballistik-raketini-teqdim-etdi
Oxunma sayı: 1131

İran İslam İnqilabının Keşikçiləri Korpusu 1000 km məsafəni vura bilən və “Dizful” adı verilən yeni ballistik raket istehsal etdiyini açıqlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ballistik raketin təqdimat mərasimində çıxış edən generalı Məhəmməd Əli Cəfəri raketin yeraltı zavodda istehsal edildiyini bildirib.

O, bununla da ölkəsinə tətbiq edilən sanksiyaların İranın müdafiə qüdrətinə heç bir şəkildə təsir etməyəcəyini deyib:

“Bu zavod qərb dövlətlərinin səs-küyünə cavabdır. Onlar bizi ali hədəflərimizdən döndərəcəklərini zənn edirlər. Amma bizim müdafiə gücümüz heç bir zaman müzakirəyə açıq deyildir. Heç bir narahatlığımız yoxdur. Bütün təhdidlərə baxmayaraq yolumuza davam edəcəyik”.

Yeni ballistik raket 700 kilometrlik məsafəli “Zülfüqar” raketindən 300 kilometr daha çox məsafə qət edəcək. Dağıdıcı gücü isə 2 dəfə daha çoxdur.