İran neft hasilatını artırmaq niyyətindədir

iran-neft-hasilatini-artirmaq-niyyetindedir
Oxunma sayı: 661

İran yaxın beş ildə neft hasilatını 20% artıraraq sutkada 5 milyon barelə çatdırmaq niyyətindədir.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran neft naziri Bican Zanqane söyləyib.

Nazir hasilatın artımını yeni yataqların inkişafı və texnologiyaların müasirləşdirilməsi əsasında həyata keçiriləcəyini vurğulayıb.

Xatırladaq ki, Zanqane aprelın sonunda İran gündəlik neft hasilatının təxminən 3,8 milyon barrel olduğunu bildirmişdi.