“İran nüvə silahı əldə etməməlidir” - Tramp

iran-nuve-silahi-elde-etmemelidir
Oxunma sayı: 644

ABŞ prezidenti Donald Tramp İranın heç bir vəchlə nüvə silahı əldə etməməli olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp ABŞ-ın İtaliyadakı Siqonella bazasında hərbçilər qarşısında çıxışı zamanı söyləyib. O, dövlət başçısı kimi ilk dünya turnesi çərçivəsində Səudiyyə Ərəbistanına səfəri və bir çox islam ölkələrinin liderləri görüşü barəsində də danışıb.

 “Biz təsdiq etdik ki, İranın heç vaxt və heç bir şəraitdə nüvə silahına sahib olmamalıdır”, -deyə prezident çıxışında vurğulayıb.