İran Obamaya məsləhət verdi

iran-obamaya-meslehet-verdi
Oxunma sayı: 632

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, İraın Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Menmanpərəst digər ölkələri İrana qarşı sanksiyalara qoşulmağa çağıran ABŞ-a öz vətəndaşlarının problemlərini aradan qaldırmağı tövsiyə edib.

Nazirlik rəsmisi bildirib ki, Obama hökuməti prezident seçkilərinə Fransua Hollandeyə məğlub olan Fransanın artıq sabiq prezidenti Nikola Sarkozinin aqibətindən dərs çıxarmalıdır. ABŞ-ın dövlət katibi Hillari Klintonun şərq ölkələrinə səfəri zamanı Çini və Hindistanı İrandan daha az neft idxal edilməsi xüsusunda razı salmağa çalışdığını deyən Mehmanpərəst bu cür siyasətin rəsmi Vaşinqtona yaxşı heç nə vəd etmədiyini deyib.

Məlumat üçün deyək ki, Qərb İranı sülhməramlı nüvə adı altında atom silahı əldə etməyə çalışmaqda ittiham etdiyi halda rəsmi Tehran ABŞ və Avropa ölkələrinin iddialarının heç bir əsasa söykənmədiyini bəyan edir.