İran onun əleyhinə olan ölkələrə xəbərdarlıq etdi

iran-onun-eleyhine-olan-olkelere-xeberdarliq-etdi
Oxunma sayı: 635

İslamazeri.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran İslam İnqilabı Keşikçiləri korpus rəhbəri Hösseyn Salami bəyan edib.

Qeyd edək ki, son zamanlar İranla Qərb arasında gərginlik artıb. Buna səbəb İranın nüvə proqramı çərçivəsində işlərin davam etdirilməsidir. Tehran nüvə ambisiyaları Qərbi şübhəli salıb.

Qərb güman edir ki, İranda nüvə silahı üzərində işlər gedir. Ötən ayın sonunda İrana qarşı Avropa İttifaqı ölkələri İran neftinin idxalını qadağan edən embarqo qərarını təsdiqləmişdilər. Cavab addımı kimi Tehran Hörmüz Boğazını bağlayacağını bildirilmişdi.

Bundan sonra ABŞ hərbi təyyarə daşıyan gəmilərini Fars Körfəzinə gətirib. Yaxın zamanlarda yeni ABŞ hərbi gəmilərinin bu bölgəyə gətiriləcəyi gözlənilir. Tehran onun nüvə proqramının sülh xarakterli olduğunu bildirir.