İran OPEK-in iclasında iştirakdan imtina etdi

iran-opek-in-iclasinda-istirakdan-imtina-etdi
Oxunma sayı: 954

İran OPEK-in iclasına qatılmaqdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin neft naziri Bijan Namdar Zənqane bildirib. Onun sözlərinə görə, İran iyunun 23-ü baş tutacaq toplantıya qatılmayacaq: “Mən inanmıram ki, bu görüşdə biz razılığa gələ bilərik. OPEK təşkilatı prezidentin (red: Donald Tramp) təlimatlarına riayət etmir”.

Nazir onu da əlavə edib ki, OPEK-in toplantısı başlayana qədər Vyananı tərk edəcək.

Aysel Kərimova